İyunun sonlarında, daha dəqiqliklə, iyunun 29-da zəngin iş adamı, azərbaycanlı Bəxtiyar Səlimov Rusiyanın məşhur balerinası Anastasiya Voloçkovanın yanına gəlmişdi.
Onlar bir sutka bir yerdə qaldılar, bundan sonra isə ulduz istirahət üçün Türkiyəyə yollandı, Oxu.Az Vesti.Az-a istinadən xəbər verir.
Balerina öz emosiyalarını şəbəkə istifadəçiləri ilə paylaşmaq qərarına gələrək, Bəxtiyarla birgə çəkdirdiyi şəkilləri öz bloqunda yerləşdirmişdi. Şəkillərdən birində Anastasiya sevgilisini qucaqlayıb, onun gözlərinin yaşla dolduğu aydın görünür. Bunun düz olduğunu anlamaq üçün fotonun altındakı yazını oxumaq kifayətdir: “Hava limanına gedən yol cəhənnəmdir! Mən bu ayrılığa dözə bilməyəcəyəm... Özüm-özümə təəccüblənirəm... Doğurdanmı mən bu qədər sevə bilərəmmiş!!..”.
Bir qədər sonra isə çoxları üçün sirli qalan məlumat peyda oldu: “Mən hara uçuram? Niyə? Bəxtiyar, sən öz hərəkətinlə mənim ürəyimi sındırdın... Mən isə az qala yoxa çıxacaqdım...”. Nəyin Voloçkovanı belə əzab çəkməyə vadar etməsi hələ məlum deyil.
Lakin görünür onun əzabları çox çəkməyib. Hazırda Anastasiya Voloçkova Türkiyədə istirahət edir. Lakin məlum olub ki, bu ölkə balerinanı təkcə isti günəşi ilə cəlb etmir. Aktrisa etiraf edib ki, türk kişilərini çox sevir, onların arasında çoxlu pərəstişkarları var.
Bu günlərdə o, İnstagram-da yeni türk dostu ilə fotoşəkilini yerləşdirib.
“Fatih (şəkildəki) çox maraqlı və inanılmaz dərəcədə romantik kişidir. Mən səhv etmədim. Biz dostlaşdıq. Türkiyəli kişilər qadınlara qarşı çox yaxşı qayğı göstərirlər. Ürəkdən. Mən isə bunu çox qiymətləndirirəm” – deyə, balerina qürurlanıb.
İndi isə azərbaycanlı iş adamının reaksiyasını gözləmək qalır. B.Səlimov sevgilisi kimi ayrılığı asan keçirəcək və digər gözəllə şəkil çəkdirəcəkmi? Necə olsa da, cənubdan olan qızğın insandır. Yox, bəlkə soyuq Rusiyada həyat onu da soyudub?