Ermənistanı Azərbaycan xalqına qarşı soyqırım törətməkdə günahlandıran Moldovanın ombudsmanı Aureliya Qriqoriu ermənilər tərəfindən ölümlə hədələnir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, moldovalı ombudsman İrəvanda Ermənistan Konstitusiya Məhkəməsi tərəfindən təşkil edilən beynəlxalq tədbirdə insan hüquqları və dondurulmuş münaqişələr mövzusunda çıxış edib.
Aurelia Qriqoriu çıxışında Dağlıq Qarabağ münaqişəsindəın danışarıq Ermənistanın bu ərazini zəbt etdiyini və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıldığını bildirib.
Moldovalı xanım BMT-nin Dağlıq Qarabağla bağlı çıxardığı dörd qətnaməni xatırladaraq Ermənistan və Dağlıq Qarabağda azərbaycanlıların hüquqlarının pozulduğunu və onlara qarşı soyqırım siyasəti yürüdüldüyünü bildirib.
Çıxışından sonra isə Ermənistan tərəfi Aureliya Qriqoriunu Azərbaycana satılmaqda ittiham edib. Moldovalı ombudsman isə dediklərinin üstündə dayanaraq beynəlxalq tədbirdə söylədiklərini “Facebook” profilində də paylaşıb.
Bundan sonra isə qadının ünvanına təhdidlər və təhqiramiz ifadələrlə dolu şərhlər gəlməyə başlayıb. Moldovalı ombudsmannın həyatı üçün narahat olduğu bildirilir. Ermənilər onu vətəninə buraxmamaqla təhdid edirlər.
www.oxu.az