Azərbaycanda 6 yaşlı uşaq ilan vurması nəticəsində ölüb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Şəkərli kəndində qeydə alınıb. 2007-ci il təvəllüdlü Gülnar Akif qızı Didarovanı yaşadığı evin həyətində oynayarkən ilan vurub.
Balaca qızcığacı dərhal Salyan Mərkəzi Xəstəxanaya çatdırıblar, lakin orda zərdab olmadığından Bakı şəhərinə göndəriblər, bütün səylərə baxmayaraq onun xilas etmək mümkün olmayıb.