Ukraynanın Ternopol şəhərində Azərbaycanlılar Birliyinin sədri hakim qarşısına çıxarılacaq.
Oxu.Az Ukrayna KİV-ə istinadla xəbər verir ki, ittiham aktına əsasən, 2018-ci il avqustun sonunda Ternopolda olan zaman Azərbaycanlılar Birliyinin sədri polisə müraciət edərək, onun yerlilərinin Ukrayna ərazisinə qanunsuz gəldiklərinə görə həbs edilməməsini xahiş edib.
Buna görə o, polisə 100 dollar rüşvət təklif edib.
Hüquq-mühafizə orqanları bu təklifi rədd edib, onu qanunsuz əməlinə görə həbs edib.