Krasnoyarskda İvan Yarıqin adına İdman Sarayında “Diamond Fight”ın “Rusiya Dünyaya qarşı” beynəlxalq turniri baş tutub.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, bir gecədə izləyicilər 15 möhtəşəm döyüş görüblər.
Döyüşlər MMA, K-1 və muay-tay qaydaları il keçirilib. Gecənin əsas döyüşü Azərbaycandan olan Seymur Kərimovla Özbəkistandan olan Əhməd Alimbekov arasında olub. İdmançılar WDFA versiyası üzrə Dünya Çempionu titulu uğrunda mübarizə aparıblar.
Döyüş 3 raund davam edib. Hakimlərin qərarı ilə Seymur Kərimov qalib gəlib.