Müğənni Rəqsanənin qızı Aysunun Qafqazinfo-ya müsahibə verib.
Oxu.az xəbər verir ki, Aysun onun haqqında tez-yez söhbətlər və şayiələr gəzdiyinə fikir vermədiyi söyləyib:
“Özləri üçün danışırlar. Həmişə məşhur insanların övladları haqqında danışır, onları müzakirə edirlər. Amma mənim vecimə deyil, ömür boyu danışacaqlar. Onlara ancaq deyə bilərəm ki, özlərini yormasınlar”.
Müğənin qızı gələcək planlarından danışdı:
“Kooperasiya texnikomuna daxil olmuşam. İki il sonra oranın universitetinə sənət verəcəm və ali təhsilli dizayner olacam.
İstəyirəm ki, dəfilədən sonra mağazam olsun və orada xanımlara dəbləri, yeni modelləri təqdim edim, insanlarla əlaqə qurum, onlar mənim hazırladığım paltarları geyinsin. Məni Aysun olaraq tanısınlar, desinlər ki, filankəs Aysunun paltarından geyinmişdi. Bu sahədə brend olacam. Kimsə məni özünə rəqib görə bilər, mən heç kimi özümə rəqib görmürəm”.
Həmçin Aysun anasın təzə ailə qurmaqından danışdı:
“Anamın yoldaşı mənim üçün əsl atadır. Mən bu yaşıma kimi ata qayğısı görməmişəm. Amma indi mən ata nəvazişi, sevgisi görürəm. Yaxşı ki o, bizim həyatımızda var, ümid edirəm ki, həmişə bizim yanımızda olacaq”.