Ötən şənbə təxminən saat 17:50 radələrində Sumqayıtda sambo üzrə dünya çempionu, sambo və cüdo üzrə dəfələrlə respublika çempionu, 1962-ci il təvəllüdlü idman ustası Əhəd Rəcəbli özünü asıb.
Bu barədə Vesti.Az-a Sumqayıt şəhər Polis İdarəsindən bildiriblər.
İdmançı 45-ci məhəllədə yerləşən şəxsi mənzilində intihar edib. O, özünü idman arenasında qazandığı qara kəmərdən asıb. Bəzi məlumatlara görə, 51 yaşlı Rəcəbli həyat yoldaşını çörək almaq üçün yaxınlıqdakı mağazaya göndərib. Qadın evdə olmadığı müddətdə isə özünü asıb. Evə qayıdan həyat yoldaşı onun cəsədini aşkarlayıb.
Məlumdur ki, əməkdar məşqçi Rəcəbli məşhur idman sülaləsinin üzvüdür – o, Azərbaycanda cüdo məktəbinin banisi Əhməd Rəcəblinin kiçik qardaşıdır.
Əhəd Rəcəbli 12 yaşından cüdo ilə məşğul olub.
Bildirilir ki, son vaxtlar Əhməd Rəcəbli bəzi psixoloji problemlər yaşayıb və tez-tez dostlarına depressiyada olduğu barədə şikayətlənirmiş.
Faktla bağlı araşdırma aparılır.
www.vesti.az
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin