Marneulidən olan gənc Urekidə dənizdə boğularaq həyatını itirib.
Oxu.Az MarneuliNews.ge-yə istinadən xəbər verir ki, Urekidə baş verən faciə nəticəsində Marneuli bələdiyyəsinin Ağməmmədli kənd sakini, 21 yaşlı Elnur Nəbiyev həyatını itirib.
Qeyd edək ki, iyunun 18-də Urekidə Qara dənizdə güclü axın Marneuli bələdiyyəsindən olan dörd gənci aparıb. Xilasedicilər onların hamısını sudan çıxarsalar da, gənclərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

Qaynar xətt:
(055) 224 12 12