Hələlik müqavilənin detalları açıqlanmır. Amma indidən əminliklə demək olar ki, Məmmədov artıq 1998-ci ildə Fransa çempionu olmuş bu klubun sahibidir.
Oxu.Az Azerisport.com-a istinadən xəbər verir ki, artıq həmyerlimiz bununla bağlı sözügedən klubun prezidenti Jerve Martel ilə sponsorluq müqaviləsi imzalayıb.
“Lens”in yeni mövsümdəki hədəfi Liqa 1-ə qayıtmaq olacaq. Bunun üçün komandaya yeni baş məşqçi – Antuan Kumbuare gətirilib. Yeni mövsümdə bu komandanın heyətində azərbaycalı futbolçuların yer alması da istisna olunmur.
Hazırda ən ciddi problem isə “Lens”in maliyyə problemləri ilə əlaqədar Liqa 3-ə göndərilməsidir. Bu gün Frans Futbol Federasiyasında bu klubun yenidən Liqa 2-yə qaytarılması barədə müzakirələr aparılacaq. Mümkündür ki, maliyyə təminatından sonra kluba verilən cəza ləğv olunsun.