Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, deputat Əli Əhmədov bu gün Lənkəranda partiyanın yerli fəalları ilə görüşüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ə.Əhmədov bildirib ki, Azərbaycanda müxalifətə cəmiyyət tərəfindən ciddi dəstək yoxdur.
O, həmçinin Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini irəli sürməsi məsələsinə münasibət bildirib:
“Bu adam düz-əməlli Azərbaycan dilini də bilmir. Azərbaycan mentalitetinə yad bir şəxsdir. 2-3 il əvvəl erməniləri müdafiə etdiyinə, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldığına görə Rüstəm İbrahimbəyovu kəskin tənqid edən müxaliflər indi onu prezidentliyə namizəd göstərir. Hansı ağıl və hansı əsasla? Xalq yalnız Azərbaycanı qısa müddətdə regionda lider dövlətə çevirən cənab İlham Əliyevə səs verəcək”.