Həmin əməliyyat zamanı Horadizi ermənilərdən azad edən milli ordunun komandirlərindən olan, “qara polkovnik” kimi tanınan mərhum Fətullah Hüseynovun qondarma “Qarabağ Respublikasının” bayrağını endirərək cırması görüntülənib.
Oxu.Az Qaynar.info-ya istinadən xəbər verir ki, videoda Fətullah Hüseynov tərəfindən endirilərək cırılan erməni bayrağı daha sonra Azərbaycan əsgərləri tərəfindən ayaqqabı silmək üçün adi əski parçasına çevrilib.
Həmin videonu oxucularımıza təqdim edirik.