Jurnalist Yelena Sidorenkonun bağ evi qarət olunub.
Oxu.Az xəbər verir ki, bu barədə o özü sosial şəbəkə hesabında məlumat verib.
Y.Sideronko iddia edir ki, işıq sayğacı sındırılıb və əşyaları oğurlanıb:
"Şəhərdə olmadığımız iki gün ərzində hiss etdik ki, bağımızda kameralar işləmir. Evimiz Ləhiş bağlarındadır. Yoldaşım bağa baş çəkib. Görüb ki, oğrular işıq sayğacını qırıblar və nəticədə kameralar işləməyib. Evə girib soyuducunu, kombini və samovarı götürüblər. Stolumuzu hasarın yanına qoyub, oradan daşıyıblar. Polisə xəbər vermişik. Bu məsələ məni çox narahat etdi. Orada anamla, uşağımla tək qalmışam. Çox narahatam, qorxulu hadisədir. Necə olur ki, oğrular belə sakit bağa girə bilirlər. Əminəm ki, polis əməkdaşlarının səyləri nəticəsində bunu edən tapılacaq və cəzalandırılacaq. Məlumatı paylaşdıqdan düz beş dəqiqə sonra Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən mənimlə əlaqə saxlanıldı. Bildirildi ki, məsələ nəzarətə götürülüb".
Jurnalist Yelena Sidorenkonun bağ evi qarət olunub.
Rəylər