Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanlı məktəblilərə planşet veriləcək
Təhsil Nazirliyində “Milli təhsilin gələcəyi: əsas hədəflər” mövzusunda jurnalistlər üçün treninq keçirilib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, tədbirdə Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının məzmunu, əsas hədəfləri barədə ətraflı məlumat verilib.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov bildirib ki, treninqin keçirilməsində məqsəd “Təhsil sahəsində qəbul edilmiş Dövlət Strategiyası”nı jurnalistlərlə birgə müzakirə etməkdir.
C.Valehov bildirib ki, yeni təhsil strategiyasına keçdikdən sonra dərsliklərin elektron formada olacağını da qeyd edib:
“Yeni strategiyada məktəb şagirdlərinin hər birinə online və smart planşetlər veriləcəyi də nəzərdə tutulub”.