Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanlı milyarder öz vəsiyyətnaməsindən danışdı
Azərbaycan əsilli milyarder, “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov deyib ki, varislərinin onun payını bölməsinə imkan verməyəcək.
Oxu.Az xəbər verir ki, bu fikirləri Ələkbərov “Vedomost”a müsahibəsində deyib.
“Heç kim “Lukoyl”da mənim payımın alınması barədə soruşmur. Çünki mənim xasiyyətimi və reaksiyamı bilir. Bilirlər ki, hissəm satılmır və bölüşdürülmür. Mən şirkətin müstəqil qalmasının tərəfdarıyam”, - o deyib.
Milyarder deyib ki, o, hətta varislərinin onun payını bölməsinə imkan verməyəcək:
“Bu, şirkətin hissələrinin dağıdılmasına imkan verməməkdir. Bunu vəsiyyətnamə institutu ilə həll etmişəm. Qərar vermişəm ki, mənim hissəm bölünmür. Hissələrdən gələn gəlir varislərim üçün məhdudlaşdırılacaq. Hissələri müstəqil şura idarə edəcək. Bununla yanaşı, onlar yeddi ildən sonra hissə sahibi ola biləcəklər”, - Ələkbərov qeyd edib.
Öz varisi barəsində danışan zaman o bildirib ki, bu şəxs “Lukoyl” şirkətlər sistemindən olacaq.
Doğma oğlu Yusif Ələkdərovla bağlı sualı cavablandıran milyarder deyib ki, o, “Lukoyl” şirkətindən gedib və hazırda nəqliyyat sahəsində bizneslə məşğuldur.
Oxu.Az yeniləndi!
Rəylər