Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanlı milyarderin mülkü Türkiyə mətbuatında – FOTO
Azərbaycan əsilli milyarder Fərhad Əhmədov bahalı yaxtası ilə Türkiyə mətbuatının gündəminə düşüb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, milyarder həyat yoldaşı və üç uşağı ilə birlikdə xüsusi yaxtası ilə Milas-Bodruma səfər edib. Dünyanın ən zəngin iş adamları arasında yer alan “Northgas”ın prezidenti “Luna” adlı 115 metrlik üzən sarayı ilə hər kəsin diqqətini çəkib.
Muğlanın Datça bölgəsindəki Knidos xarabalarında gəzən milyarder ailəsi ilə xoş vaxt keçirib.
Əhmədov gəzinti zamanı jurnalistlərə əl yelləyib:
Daha sonra 11 metrlik sürət qayığı ilə sahildə dövrə vuran Əhmədov ailəsi ilə buradan da helikopterlə Yalıkavak ərazisindəki villalarına yollanıb.
Qeyd edək ki, Azərbaycanlı milyarder Fərhad Əhmədov “Luna” adlı bahalı yaxtasını rusiyalı milyarder Roman Abramoviçdən alıb.
Roman Abramoviçin 2010-cu ildə Almaniyanın “Lloyd Werft i Stahlbau Shipyards” şirkətinə sifariş verərək hazırlatdığı yaxtanın qiyməti 188 milyon dollardır. Bu, dünyanın ən böyük və geniş 19-cu yaxtasıdır. 40 heyət üzvü olan “Luna”da 2 vertolyot meydançası və hovuz var. Bundan başqa, yaxtanın pəncərələri güllə keçirmir, hər yataq otağında isə kino-zalı xatırladan nəhəng televizorlar var.
“Luna” adlı yaxtanın 7 mühərriyi var və hər bir mühərrik 5 min at gücündədir. Yaxtanın generatorları 17 min əhalini təmin edəcək qədər elektrik enerjisi istehsal edir. “Luna” yaxtası 115 metr uzunluğundadır. Yaxta ümumilikdə 50 ton yük tutumuna sahibdir.
"Almaniya" teqi üzrə xəbərlər
- ABŞ Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona köçürməyi planlaşdırır
- Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər
- Almaniya Azərbaycan və Ermənistan arasındakı razılaşmaları alqışlayır
- Üç Avropa ölkəsinin səfiri İran XİN-ə çağırıldı
- Almaniya kəşfiyyatı koronavirus pandemiyasının baş vermə səbəbini açıqladı