Azərbaycanda qəbristanlıqda fəaliyyət göstərən din xadimləri – mollaların ölülərə yasin oxumaq üstündə münaqişə etmələri barədə tez-tez eşitmək olar.
Oxu.Az xəbər verir ki, növbəti belə bir hadisə Mingəçevir şəhərində baş verib.
Hadisənin qeydə alındığı kadrlara baxarkən belə anlamaq olur ki, ölülərini ziyarət etməyə gəlmiş qadın mollalardan birindən yasin oxumağı xahiş edir. Lakin bu zaman həmin ərazidə olan digər molla da qadına öz xidmətlərini təklif edir və bu zaman həmkarlar arasında münaqişə yaranır. Mollalardan biri digərini ərazidən qovmağa çalışır, münaqişə böyüyərək əlbəyaxa davaya çevrilir.
Həmin videogörüntüləri sizlərə təqdim edirik.
www.oxu.az