Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Türkiyəyə səfəri çərçivəsində Bursa şəhərinin tarixi və mədəni yerlərini ziyarət edib.
Qeyd edək ki, türkiyəli həmkarı Faruk Çelik tərəfindən Bursaya dəvət olunan Səlim Müslümov səfərdən məmnun qaldığını deyib.
Nazir Bursada Orxan məscidi, Kozahan və Ulucamini ziyarət edib, daha sonra kanatla Uludağa gedib.
Qeyd edək ki, Bursada nazirin xanımı da iştirak edib.
Xatırladaq ki, Səlim Müslümov Türkiyə və Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 8-ci iclasında iştirak etmək üçün Türkiyəyə gedib.
Ülviyyə R. Əli
www.oxu.az