Park Bulvar ticarət-əyləncə mərkəzində “Qadına vurma, vurul!” sosial layihəsinin təqdimatı baş tutdu.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, layihə Addım Yaradıcı Gənclər Assosiasiyası və Səhiyyə Nazirliyi yanında Sağlamlıq və İslahatlar Mərkəzi tərəfindən təşkil olunub.
Layihə noyabrın 25-də təqdim olunub və qadınlara qarşı zorakılığın ləğvi üzrə mübarizə gününə həsr olunub.
Tədbirdə Fəxriyyə Xələfova, Nərgiz Cəlilova, Səbinə Babayeva və başqaları iştirak ediblər.
Layihə çərçivəsində təqdim olunmuş fotoşəkillərə baxmağa dəvət edirik.
10:25
Əməkdar artisit Elza Seyidcahan bu dəfə kameralara ekstravaqant görkəmi ilə deyil, üzündə zorakılıq izi və qan ləkələri görünüb.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, Elza xanım “Qadına vurma, vurul”! adı altında keçirilən aksiya üçün bu görkəmdə olduğunu söyləyib.
Sözügedən layihədə həmçinin Fəxriyyə Xələfova, Nərgiz Cəlilova, Elnarə Xəlilova,Səbinə Babayeva, Günay Malikqızı, jurnalist Ülkər Rəşidqızı və Birliyə Doğru təşkilatının rəhbəri Zərifə Quliyeva iştirak edirlər.
Tədbir bu gün saat 15.00-da Park Bulvarda baş tutacaq və qadınlara qarşı zorakılığa son qoymaq məqsədi daşıyır.