Azərbaycan ilə İran arasında Bakı-Təbriz-Məşhəd aviareysi açılacaq.
Oxu.Az xəbər verir ki, bunu SalamNews-a İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
O bildirib ki, Azərbaycan vətəndaşlarının istək və xahişlərini nəzərə alaraq yaxın vaxtlarda Bakı –Təbriz- Məşhəd reysi açılacaq.
Bunun üçün hazırda ölkələrin avioşirkətləri arasında danışıqlar aparılır. Ümid edirik, qısa zamanda bu reys açılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək.