Azərbaycanlı şagirdlər beynəlxalq olimpiadada yüksək nəticə göstəriblər.
Oxu.Az xəbər verir ki, onlar Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən və dünyanın 40-dan artıq ölkəsinin iştirak etdiyi "Future Intelligence Students Olympiad" (FISO) olimpiadasında mümkün 300 medalın 120-ni qazanıblar.
Uğurlu nəticə göstərənlərdən biri də Bakı-İstanbul liseyinin 4-cü sinif şagirdi Cahangir Qasımovdur.
O, İngilis dilindən gümüş, riyaziyyat fənnindən qızıl, məntiqdən isə dünya birincisi olub. O bu nailiyyətinə görə "Brilyant mükafat"a (Diamond Award) layiq görülüb.