Dünən “Adam içində” verilişində saxta toyunun olması ilə bağlı bir nəfər iddia irəli sürüb.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, həmin şəxsin sözlərinə görə, yaşadığı kənddə bir ayağından məhrum olmuş qadın ondan dünyaya uşaq gətirməsi istəyini bildirib.
Amma adıçəkilən şəxs, həmin qadınla saxta münasibət qurmaqdan imtina edib. Verilişdə iştirak edən kişi bildirib ki, həmin qadın onu aldadaraq əmisinin evinə aparıb və əmisinə onu əri kimi təqdim edib.
Saxta toyu olan şəxs deyir ki, “toyumuz Orucluq ayına düşdüyünə görə, biz toya bir kimsəni çağıra bilmədik”.
9 aydan sonra həmin qadının bu şəxsdən bir qızı dünyaya gəlib. Bir sıra iddialara görə, bu şəxs əlil qadınla onun mağazası olduğuna görə yaxınlıq edib.
Onu vurğulayaq ki, həmin şəxsin hal-hazırda başqa bir ailəsi var. Saxta toyu olduğunu iddia edən ata veriliş zamanı onu da bildirdi ki, məhkəmə onun evinin müsadirə olunması ilə bağlı qərar çıxarıb. Məlum oldu ki, aldadıldığını iddia edən ata övladına aliment ödəməkdən boyun qaçırdığına görə, məhkəmə ona bu qərarı çıxarıb.
E.Ə.
www.oxu.az