Ötən həftə Keniyada küçələrin biri ilə keçən qısa ətəkli qadının zorla soyundurulub təhqir edilməsi barədə internetə yerləşdirilmiş video ölkə boyu geniş etirazlara səbəb olub.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, hadisə ilə bağlı paytaxt Nayrobidə keçirilən yürüşün iştirakçıları günahkar şəxslərin cəzalandırılmasını tələb ediblər.
Bu hadisədən sonra Keniyada böyük çaxnaşma baş verib. Kütləvi şəkildə etirazlar başlayıb. “Mənim geyimim, mənim seçimim” şüarı altında keçirilən aksiyalara sosial şəbəkələrdən də dəstək gəlib.
200-dək etirazçı “ar olsun” şüarlarını qışqıraraq hökumətdən qərarlı addım gözlədiyini bildirib.
Eyni vaxtda Nayrobidə keçirilən başqa bir aksiyanın iştirakçıları açıq-saçıq geyinənləri qınayıblar.
Hakimiyyət isə bu iddiaları rədd edir.
Qeyd edək ki, Afrikanın Niamey şəhərində baş verən qalmaqallı hadisə böyük rezonans doğurub.
Hadisə günün günorta çağı baş verib. Qırmızı mini ətək geyinən qadın küçə ilə gedərkən bir neçə kişinin qəzəbinə tuş gəlib. Onlar qadını əxlaqsızlıq etdiyinə, kişilərin ağlını başından çıxardığına görə döyüblər və əynindəki paltarı çıxarıblar. Küçənin ortasında çılpaq qalan qadının çığırtıları qulaq batırıb.
Korkunç olay: Mini etek giyiyor diye... cumhuriyet
E.Ə.
www.oxu.az