Bütün dünyada maraqla izlənilən Pirelli Təqviminin 2015-ci il buraxılışı ötən gün İtaliyanın Milan şəhərində təqdim olunub.
Oxu.Az əcnəbi mətbuata istinadla xəbər verir ki, ilk dəfə 1964-cü ildə nəşr olunan Pirelli Təqviminin yeni sayı Milanda yerləşən müasir incəsənət məkanı Hangar Bicocca-da dünyanın dörd bir yanından gələn mətbuat nümayəndələri, qonaqlar və kolleksiyonerlərə nümayiş olunub.
Çəkilişlərini məşhur fotoqraf Stephen Meisel-in Nyu-Yorkdakı studiyasında etdiyi 2015 Təqvim Qızları adlı təqvimdə modellər Gigi Hadid, Carolyn Murphy, Cameron Russell, Isabeli Fontana, Adriana Lima, Raquel Zimmermann, Karen Elson, Joan Small, Natalia Vodianova , Sasha Luss və Anna Ewers-lə bərabər böyük bədənli model Candice Huffine-in də fotoları yer alıb.
Aytən Sadıqzadə
www.oxu.az