Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Özünü maşının altına atanlar - VİDEO
Yol qəza hadisələrinin böyük hissəsini piyadavurmalar təşkil edir. Amma bu o demək deyil ki, bu faktların hər birində günah sürücülərdə olub.
Oxu.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyevin Avtosfer.az-a bildirdiyinə görə, piyadaların səbəb olduğu yol qəzaları da qeydə alınıb.
Hesabat dövründə piyadalar tərəfindən 71 yol qəzası törədilib, nəticədə 27 nəfər ölüb, 46 nəfər yaralanıb. Həmin piyadalardan 4 nəfəri sərxoş vəziyyətdə olub ki, onların da 3-ü ölüb, 1 nəfər yaralanıb.
Avtosfer.az-ın təqdim etdiyi bu video köhnə material deyil. Noyabrın 11-də Bakının mərkəzi küçələrinin birində çəkilib. Günün günorta çağı o qədər spirtli içki qəbul ediblər ki, ayaq üstə güclə dayanırlar. Biri o birinə nisbətən normaldır. Amma digəri ayaqüstə dura bilmir. Arağı birlikdə içsələr də, dostu onu yolda qoyub qaçır. Bir az ayıq vəziyyətdə olan kişi yolu keçərkən dostuna kömək etmir. Nəticədə sərxoş kişi müvazinətini itirərək yerə yıxılır. Ətrafdan keçib gedənlər ona kömək etmirlər. O isə yolu keçməyə çalışsa da, sonradan çəkinir…
Bəzən sürücü dəli olmaq səviyyəsinə çatır. Özünü bağışlaya bilmir. Hələ istintaq araşdırmaları dövründəki psixoloji gərginlik, hüquq-mühafizə orqanlarında sürünməyi bir kənara qoyuruq. Bütün hallarda isə bunların hamısı əsas amillərdir. Hansısa məsuliyyətsiz insana görə kimsə bədbəxt olmamalıdır. Adamı zorla qatil etmək olmaz. Bu videoda gördüyünüz sərxoş insanların dünya vecinə deyil.

E.Ə.
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Bakının iki rayonunda keçirilən əməliyyat zamanı 22 qumbara aşkarlandı
- Bakı küçələrindən rəngarəng reportaj: Novruz hazırlıqları necə gedir?
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək