İstanbulda iki aydır itkin düşən biznesmenin cəsədi aşkarlanıb.
Hurriyet.com.tr portalının məlumatına görə, 59 yaşlı Şahin Akçanın cəsədi Təkirdağın Süleymanpaşa rayonunun Kumbağ məhəlləsindəki yay evində aşkarlanıb.
Məlumatlara görə, onu öldürməkdə şübhəli bilinən azərbaycanlı S.M. Artvin sərhəd keçid məntəqəsindən qaçmağa müvəffəq olub.
Faktla bağlı araşdırma başlanılıb. Ölümün boğulma nəticəsində baş verdiyi qeyd edilib.

Samir İsayev