Azərbaycanlı bərbər məşhur aktyor Jan Klod Vandama meydan oxuyub.
Oxu.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, o, Vandamın reklam çarxında etdiyi çox çətin hərəkəti təkrarlayıb.
Ən maraqlısı da budur ki, Bəhmən Nəbiyev əvvəllər həvəskar şəkildə idmanla məşğul olub.
O deyir ki, ilk belə hərəkəti 2 il əvvəl edib.
Müxtəlif minik avtomobillərinin üzərində fərqli yerlərdə bu qabilliyyətini yoxlayıb.
Gənc bərbər təkcə idmana meyil etmir, eyni zamanda şeir yazır və musiqi alətində ifa edə bilir.
E.Ə.
www.oxu.az