Əslən Azərbaycandan olan şəxs Moskvada biznesin inkişafı adı altında 22 milyon rubl mənimsəyib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətindən bildirilənə görə, azərbaycanlı artıq saxlanılıb. DİN-dən qeyd ediblər ki, neft-kimya və qaz sənayesi üçün avadanlıq istehsalı sahəsində ixtisaslaşan xarici şirkətin filialının nümayəndəsi dələduzluq maddəsi ilə ittiham olunur.
Müəyyən edilib ki, şəxs öz xidməti vəzifəsindən sui istifadə edərək bir şirkət sahibindən biznesinin inkişafına sərmayə qoyulan məbləğin qaytarılması və faizlərin nəzərə alınması və onlardan istifadəyə görə 22 mln. rubl götürüb. Lakin vəsaiti aldıqdan sonra şübhəli üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib.
İyulun 3-də 32 yaşlı Azərbaycanlı polislər tərəfindən saxlanılıb. Azərbaycanlı haqqında cinayət işi açılıb və barəsində ölkədən getməməklə bağlı qərar çıxarılıb.