Azərbaycanda kütləvi zəhərlənmə baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilib.
Hadisə ötən gün Bərdə rayonunda qeydə alınıb.
Belə ki, rayonun Əyricə kəndində kənd sakini Ələkbər Nəbiyevin evində paytaxt salatı yeyilib. Bundan sonra ev sahibinin qızları Sevinc, Samirə, Aytac, habelə qardaşının qızları Buluza və Əsmər qidadan zəhərləniblər.
Zəhərlənənlər xəstəxanaya çatdırılıblar.