Şərq əməkdaşlığı ölkələrində iqtisadi qeyri-müəyyənliyə baxmayaraq “Avropa qonşuluq barometri” tədqiqatlarının dörd mərhələsi üzrə nəticələr ümumilikdə dəyişməz olaraq qalıb.
Oxu.Az “The Financial”-a istinadən xəbər verir ki, bu gün insanların 44%-i həyatından razıdır, bu göstərici 2013-cü ilin yaz aylarında mövcud göstəricidən 2% aşağıdır, 54% razı deyil, bu isə əvvəlki göstəricidən 2% artıqdır.
Nəşrə əsasən, söyləmək olar ki, kiçik neqativ fikir dəyişikliyinin səbəbi Şərq əməkdaşlığı ölkələrində uzunmüddətli iqtisadi qeyri-müəyyənlik ümumi əhval-ruhiyyəni formalaşdırmağa başlamasıdır.
Son mərhələdə 2014-cü ilin başlanğıcında məlumat toplanarkən Ukrayna münaqişəsinin yalnız bu ölkədə deyil, eləcə də qonşu ölkələrdə milyonlarla insanın əhval-ruhiyyəsinə təsir edəcək.
Nəşr qeyd edir ki, tədqiqatın dörd mərhələsində Şərq əməkdaşlığı ölkələri iki düşərgəyə ayrılıb: əksər vətəndaşları razı olan və əksər vətəndaşları narazı olan ölkələr.
“Bu qruplar dəyişməz olaraq qalır, bu isə həyatdan razı olmanın makrosəviyyədən asılı olmadığı fikrini irəli sürmüş olur.
Razı olan ölkələr Ermənistan (64%), Azərbaycan (62%), Rusiya (75%) və Belorusiya (50%), narazı ölkələr Gürcüstan (66%), Moldova (61%) və Ukraynadır (58%). Belorusiya daha öncə də müşahidə edilən neqativ tendensiyanın (-8) dəyişməz olaraq qaldığı yeganə ölkədir. Ukrayna, Ermənistan və Gürcüstanda tədqiqatın son mərhələlərində dəyişikliklər gözəçarpacaq dərəcədə deyil”, - nəşr yazır. (haqqin.az).