Natavan Həbibinin prodüsseri Rolandın sözlərinə görə 26 avqust 2014-cü il tarixdə Səbail Rayon Məhkəməsində cavabdeh Zorikə qarşı şərəf və ləyaqətin, işguzar nüfuzun müdafiəsinə dair iddia ərizəsinə baxılıb.
Oxu.Az-ın xəbərinə görə, Zorik məhkəmədə bildirib ki, “zorik_official_page” adlı İnstaqram səhifəsi ona məxsus deyildir, başqa şəxs tərəfindən hansısa email ünvanı ilə yaradılıb. Həmin instaqram səhifədə o Natavan Həbibini təhqir edən heç bir yazı yazmamışdır.
İnstaqram istifadəçilərinin nəzərinə çatdırırıq ki, “zorik_official_page” adlı instaqram səhifəsində ünsiyyətdə olduqları şəxs Zorikin dediyinə görə o deyil, başqasıdır, Zorikin həmin instaqram səhifəyə heç bir aidiyyati yoxdur.
Aytən Sadıqzadə
www.oxu.az