Rusiyada həmyerlilərimizin çalışdığı bazarların bağlanması və qeyri-ruslara qarşı hücumların artması səbəbindən azərbaycanlıların vətənə qayıdışı davam edir.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, Rusiyadan qayıdan həmyerlilərimizin verdiyi məlumata görə, Moskvada və Sankt Peterbuqda miqrantlar üçün yaşamaq daha çətindir.
Xaçmaz Dəmiryol Stansiyasından verilən məlumata görə, son vaxtlar Rusiyaya getmək üçün bilet alanların sayı azalıb. Rusiyadan Azərbaycana qayıdanlar isə çoxdur.