Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanlılar Türkiyədə qəzaya düşdü: 6 yaralı
Türkiyədə azərbaycanlılar ağır yol qəzasına düşüblər.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu gün səhər saatlarında 25 yaşlı Mirnadir Mirteymurovun idarə etdiyi 99 BT 064 Azərbaycan dövlət nömrə nişanlı avtomobil Ankaradan Samsuna gedərkən aşıb. Maşın bir neçə dəfə fırlandıqdan sonra magistral yolun əks hissəsinə düşüb.
Avtomobildə sürücüdən başqa 5 nəfər olub.
Xəsarət alan Mirnadir Mirteymurov, 49 yaşlı Flora Dəmirçiyeva, 25 yaşlı Sultan Quliyev, 54 yaşlı Gülnarə Quliyeva, 24 yaşlı Aysel Eyvazova və bir azyaşlı xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlardan birinin Azərbaycanda polis vəzifəsində çalışdığı bildirilir.
İlkin ehtimala görə, maşının aşmasına səbəb yüksək sürət olub.
Faktla bağlı araşdırmalara başlanılıb.
"Türkiyə" teqi üzrə xəbərlər
- Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
- Ərdoğanın müşaviri: "Azərbaycanla Ermənistan arasında davamlı sülhün olacağına inanırıq"
- Ərdoğanın müşaviri: "Ukrayna ilə bağlı danışıqların predmeti onun ərazisinin 25 faizidir"
- Türkiyədə məktəblərin birində 100-dən çox şagird xəstəxanalıq oldu
- İstanbulda İran kəşfiyyatına məlumat ötürən beş nəfər saxlanılıb