Güclü qasırğa zamanı dekabrın 25-də Krasnodar bölgəsinin Tamansk yarımadasında Monqolustan bayrağı ilə üzən gəmi saya oturub.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, “Surov” gəmisi Türkiyənin İskenderun limanından Rusiyanın “Kavkaz” limanına doğru üzürmüş.
Gəmidə ümumilikdə 11 ekipaj üzvü olub: onlardan doqquzu Rusiya və ikisi Azərbaycan vətəndaşlarıdır.
“Gəmi kapitanı Novorossiya limanından yardım istəyib. Ekipaj üzvləri təxliyyə edilib”, - Rusiyanın Dəniz və Çay nəqliyyatı Federal Agentliyi məlumat verib.
Faktla bağlı araşdırmalar aparılır.