Rusiyanın Novqorod vilayətinin Demyansk rayonunun sakini Nadejda Çernikova Azərbaycan vətəndaşını qanunsuz qeydiyyata saldırdığına görə mühakimə edilib.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, məlumatlara görə, bu ilin iyununda Çernikova Azərbaycan vətəndaşını Demyansk qəsəbəsindəki evində qeydiyyata saldırıb.
Ancaq əcnəbi bu ünvanda yaşamayıb.
Çernikova əməlini etiraf edib. Məhkəmənin qərarı ilə ona 100 min rubl (1500 dollar – red.) cərimə cəzası kəsilib.