“Azərişıq” ASC Goranboy Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində yerləşən Rus Borisi kəndində yenidənqurma işlərinə start verib.
Bu barədə “Azərişıq” ASC Mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.
İlk dəfə 1949-cu ildə elektrik enerjisi ilə təchiz edilən Rus Borisi kəndinin hazırda 202 abonenti var. Yenidənqurma işləri görülməsi üçün əraziyə metal dayaqlar, kabellər, anker sıxaclar və s. mal-material göndərilib.
Rus Borisi kəndi 2004-cü ildə quraşdırılan 35/10 kV-lıq Gülüstan yarım stansiyasından qidalanır.