“Azərişıq” enerji təchizatı sxemini dəyişən abonentlərə yeni kodların verilməsi yalnız “ASAN Xidmət” və ya “ASAN Kommunal” Mərkəzlərində edilmiş sifarişlər əsasında həyata keçirəcək.
ASC-dən Oxu.Az-a verilən məlumata görə, məsələ barədə Təchizatı və Satışı İdarəsi və Enerji Təchizatı və Satışı İdarələrinə xüsusi tapşırıqlar verilib.
Qeyri-əhali abonentlərinin istənilən səbəbdən sayğac dəyişdirmə ilə bağlı olan müraciətləri də bu mərkəzlərdə edilmiş sifarişlər əsasında baş tutacaq.
Rəylər