Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərə müraciət edib.
Oxu.Az xəbər verir ki, cəmiyyətin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Böyükşora qədər olan hissəsində işlər intensivləşdirilib:
“İşin intensiv hal aldığı bir vaxtda yolun həm sağ, həm də sol tərəfində sürücülər avtomobillərini saxlayırlar. Bu da texnikanın rahat hərəkətinə mane olur. Ola bilər ki, avtomobillərin saxlandığı ərazidə qazıntı işləri aparılsın və həmin maşınları sonra oradan çıxarmaq mümkün olmayacaq. Odur ki, sürücülərə müraciət edərək bildiririk ki, qeyd edilən ərazidə avtomobillərini saxlamasınlar”.
Qeyd edək ki, ərazidə yolun təmiri ilə yanaşı, yeni piyada keçidləri də tikilir.