Bakıda 11-ci sinif şagirdini intihara sürükləyən səbəblər məlum olub.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, yanvarın 15-də axşam saat 5 radələrində Abşeron rayonu, Sulutəpə qəsəbə sakini, 17 yaşlı İsmayıl Rafiq oğlu Əhmədov özünü Babək prospekti, 94 ünvanında yerləşən 20 mərtəbəli binanın 7-ci mərtəbəsindən atıb.
O, boş mənzilin balkonundan özünü atıb, çünki bina hələ tam məskunlaşmayıb.
Gənc insan hazırda sağdır və 3 saylı şəhər klinik xəstəxanasındadır.
İlkin araşdırma zamanı məlum olub ki, gənc bu addımı sevgisinə cavab verməyən qıza görə atıb.
İstintaq davam edir.