Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC “Azəryolelmitədqiqatlayihə” İnstitutunun tədris mərkəzində peşə kursları fəaliyyət göstərir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Oxu.Az-a verilən məlumata görə, kurslara geodeziya, geologiya, layihə, laboratoriya işləri və kompüter proqramları daxildir.
Kurslarda tədris 8-10 nəfərlik qruplar şəklində keçirilir.
Tam kursu bitirənlərə sertifikatlar veriləcək və onların işlə təmin olunmasına köməklik göstəriləcək. Kurslara yazılmaq üçün aşağıdakı sənədlər lazımdır:
- Şəxsiyyət vəsiqəsinin sürəti
- 2 ədəd şəkil (3x4 ölçüdə)
- Orta təhsili bitirmək haqqında sənəd
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rafiq İsmayılov küçəsi, 2025-ci məhəllə.
Əlaqə tel.: (012) 599-79-48
E.Ə.
www.oxu.az