Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“AzParking”də “15 dəqiqə pulsuz” funksiyası niyə yoxa çıxıb? - Narazılıqla bağlı RƏSMİ CAVAB
“Yol hərəkəti haqqında” qanuna görə, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Bu barədə artıq xeyli müddətdir ki, sürücülərin istifadəsinə verilən “AzParking'' mobil proqramının “Parklanma müddətində” bölümündə də qeyd olunub.
Amma son vaxtlar “15 dəqiqə parklanma” funksiyası “AzParking'' tətbiqindəki mövcud bölümdə görünmür. Həmin funksiyadan istifadə etmək istəyən sürücülər proqrama daxil olan zaman “15 dəqiqə parklanma”nı tapa bilmirlər. Əksinə həmin funksiyanın əvəzinə “1 saat parklanma” görünür. Bir qədər cəhd edəndən sonra isə çətinliklə də olsa, “15 dəqiqə parklanma” funksiyasını görmək olur. Bu durum sürücülər arasında ciddi narazılığa və narahatlığa səbəb olub. Hətta bilərəkdən gizlədildiyi ilə bağlı iddia edənlər də var.
Bəs səbəb nədir?
“15 dəqiqə pulsuz” funksiyası bilərəkdənmi gizlədilib? Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Bizim.media-ya açıqlamasında bildirib ki, səbəb sözügedən tətbiqdə texniki yenilənmə işləri ilə əlaqədardır:
“Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Hazırda “AzParking” mobil tətbiqində aparılan texniki yeniləmə işləri ilə əlaqədar “15 dəqiqə parklanma” funksiyası “Parklanma müddəti” bölümünün “digər” altbölümünə keçirilib. Texniki yenilənmə bitəndən sonra bu funksiya əvvəlki yerinə qaytarılacaq”.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- AYNA Bakıda avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanlarını quraşdırmağa başlayıb
- E2 ekspres marşrutunun daşıyıcısına XƏBƏRDARLIQ edildi
- Paytaxtın mərkəzində yeni ZOLAQ MÜƏMMASI: Səki, yoxsa hərəkət zolağı?
- Qarabağa avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılır
- Bakının mərkəzi küçələrinin birindəki zolaq çaşqınlıq yaradır
Rəylər