Azərbaycanda azyaşlı sürücü “Lexus”la qəza törədib.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Bakı-Qazax yolunun 477-ci kilometrliyində “Lexus” markalı Rusiya dövlət qeydiyyat nişanlı avtomobil Qazax istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.
Nəticədə avtomobilə ciddi ziyan dəysə də, xoşbəxtlikdən, xəsarət alan olmayıb.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya yüksək sürət səbəb olub.
Dəqiq səbəblər isə aparılacaq avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.