Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Babək prospektində avtomobillərlə hərəkət qismən məhdudlaşdırılacaq
17 may saat 10:00-dan 18 may saat 20:00-dək Bakı şəhəri, Nizami rayonu, Babək prospektinin Lütfi Zadə küçəsi və Məşədi Hilal Kazımov küçəsi ilə kəsişmələrində (şəhər istiqamətində körpüyə girişdə) avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)" teqi üzrə xəbərlər
- Süleyman Süleymanova vəzifə VERİLDİ
- Sabahdan Bakıda iki yolun kəsişməsində hərəkət qismən məhdudlaşdırılacaq
- Binəqədi–Novxanı avtomobil yolunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
- Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın bir sıra yollarında hərəkət məhdudlaşdırılacaq
- Prezidentin 1,5 milyon manat ayırdığı yolların yenidən qurulmasına başlanıldı
Ən çox oxunanlar