Bakıda Babək prospekti ilə Telnov küçəsinin (keçmiş Xocalı küçəsi) kəsişməsində yeraltı piyada keçidinin tikintisi artıq yeni mərhələyə qədəm qoyub.
Oxu.Az Mod.Az-a istinadən xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, uzun sürən tədqiqat işlərindən sonra piyada keçidinin tikiləcəyi ərazidən mühəndis-kommunikasiya qurğuları artıq köçürülüb:
“Piyada keçidinin uzunluğu 88, eni 8 metr, hündürlüyü 3,23 metr olacaq. Keçidin 22 metr hissəsində istinad divarı və örtük hissəsi tikilib. Hazırda 24 metr məsafədə istinad divarının armaturlanması işi gedir. Yaxın 3-4 gün ərzində həmin məsafədə beton tökmə işlərinə başlanacaq. Hava əlverişli keçərsə, bu ayın sonunadək işlərin 50 faizini yerinə yetirmək mümkün olacaq. Piyada keçidinin bu il istifadəyə verilməsi planlaşdırılır”. (Trend)