Xətai rayonu, Babək prospektindəki zibilxanada baş verən yanğının qarşısını alınıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobil təmiri sexlərinin yerləşdiyi ərazidə yerləşən zibilxanaya tez alışan maddələr atıldığından yanğının əhatə dairəsi daha da genişlənib.
Ərazidə yaşayanlar tez “112” qaynar telefon xəttinə zəng vuraraq məlumat veriblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin Xətai Rayon Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Baş verən yanğın tez bir zamanda söndürülərək alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğının baş vermə səbəbləri araşdırılır.
20:47
Bakının Babək prospektində, “Ulduz” avtoservisi ilə üzbəüz güclü yanğın başlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, yanğın neft və qaz kəmərlərinin yaxın ərazidə baş verib.
Yaxında yaşayış evlərinin olması təhlükəni daha da artırır.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə və yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.