Bu mövsüm Qubanın gilas bağlarında məhsuldarlıq aşağı düşüb.
Aprel-may aylarında qeydə alınan qeyri-sabit hava şəraiti təsərrüfat sahiblərinə ciddi ziyan vurub.
Təsərrüfat sahibləri bildirirlər ki, ötən illə müqayisədə bağlarda məhsuldarlıq çox zəifdir:
"Təxminən 20 ton gilas götürməli idik. Amma iki ton gilas yığa biləcəyik. Bu da xərclərimizi ödəmir. Keçən il gilasın qiyməti 3-4 manat idi, bu il isə 4-6 manat arasında dəyişir", - deyə təsərrüfat sahibi İmran Teymurov söyləyib.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Bağlarda gilas niyə azalıb?