"18 yaşadək analar və erkən evlilik üzrə göstəricilər son üç ildə təxminən 50%-ə yaxın azalıb".
Oxu.Az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisdəki çıxışı zamanı deyib.
Həmçinin qeyd olunub ki, hesabat dövründə gender bərabərliyi siyasəti üzrə qanunvericilik təkmilləşdirilib, institusional mexanizmlər daha sistemli xarakter alıb, fəaliyyətin məzmunu daha çox insan mərkəzli və nəticəyönümlü mərhələyə keçib.
Qaynar xətt:
(055) 224 12 12