"Son 5 ildə qanunvericilik bazasına ailə institutunun möhkəmləndirilməsi ilə bağlı mühüm töhfələr verilib".
Oxu.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində" adlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qeyd edilən istiqamətdə Dövlət Komitəsi təkliflər verib:
"2020-2025-ci illər ərzində qəbul edilmiş hüquqi sənədlərə 7 qanunvericilik dəyişikliyi edilib, 11 qayda və əsasnamə, 33 rəy və təklif, 3 dövlət proqramı qəbul olunub. Bu sənədlər ailə stereotiplərinə ciddi dəyişiklik etməsə də, fərq yaradıb. Həmçinin ailə-məişət məsələlərindən əziyyət çəkənlərin hüququnun müdafiəsinə kömək edib".
Komitə sədri vurğulayıb ki, "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı" bu il yekunlaşacaq: "Növbəti il daha başqa fəaliyyət planı üzərində işlənəcək".
Daha çox foto burada: PhotoStock.az
Aygün Mirakif