Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev yeni növ koronavirusa yoluxması ilə bağlı yayılan xəbəri təkzib edib.
Bu barədə hakim Oxu.Az-a açıqlama verib.
O bildirib ki, koronavirusla bağlı testin nəticəsi neqativdir:
“İcraatımda olan məhkəmə işlərinin təxirə salınmasına səbəb həmin gün səhhətimdə olan narahatçılığa görə olub. Koronavirusla bağlı testimin nəticəsi neqativdir və işimə davam edəcəyəm”.

İlhamə Əbülfət
12:20
Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub.
Hakim Samir Əliyevin koronavirus testinin nəticəsi pozitiv çıxıb.
Bununla bağlı hakimin icraatında olan işlər üzrə məhkəmə prosesləri təxirə salınıb.
Bundan başqa, Samir Hüseynovla eyni tərkibdə olan hakimlər Eldar İsmayılov və Cavid Hüseynovun da icraatında olan cinayət işləri üzrə məhkəmə prosesləri təxirə düşüb.
Qeyd edək ki, bundan əvvəl həmin məhkəmənin hakimi İradə Həsənzadə də koronavirusa yoluxub.
Mənbə: Apa.az