"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını qarşılamaq üçün 19 və 21 avqust tarixində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb.
Bildirilib ki, bu istiqamətlərə, eyni zamanda, Bakı-Qazax-Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Belə ki, biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.
Qaynar xətt:
(055) 224 12 12