Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri olacaq: Qrafik açıqlandı
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Oxu.Az bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, əlavə təyin edilən qatarlar sentyabrın 28-də saat 09:15-də Bakıdan Ağstafaya, sentyabrın 29-da saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya "ADY Mobile" tətbiqi vasitəsilə əldə etmək mümkündür.
"Azərbaycan Dəmir Yolları QSC (ADY)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar